Modern.az

Samuxda kafe sahibi bıçaqlandı

Samuxda kafe sahibi bıçaqlandı

Aktual

15 İyul 2021, 23:32

Samuxda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonda yerləşən kafelərin birində qeydə alınıb.

 

1993-cü il təvəllüdlü Salmanov Seymur Mehman oğlu qarının kəsilmiş deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

 

İlkin məlumata görə, 28 yaşlı kişi öz kafesində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

 

Hadisəni yeniyetmə S.Sübhan törədib.

 

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Cinayəti törədən yeniyetmənin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?