Modern.az

ABŞ-da 4 polis güllələndi

ABŞ-da 4 polis güllələndi

Aktual

16 İyul 2021, 09:06

ABŞ-ın Texas ştatının Levelland şəhərində dörd polis əməkdaşı güllə yarası alıb.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər polis idarəsinin yaydığı məlumatda deyilir.

 

Belə ki, evində gizlənən silahlı şəxs əraziyə gələn polislərə atəş açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb.

 

Qeyd olunub ki, onlardan ikisinin vəziyyəti ağırdır. Yerli telekanallar yaralanan polislərdən birinin öldüyü barədə məlumat yaysa da, xəbər rəsmi təsdiqlənməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?