Modern.az

Haiti prezidentinə hücum edən hərbçiləri ABŞ hazırlayıbmış

Haiti prezidentinə hücum edən hərbçiləri ABŞ hazırlayıbmış

Aktual

16 İyul 2021, 09:28

Haiti prezidenti Jovenel Moizin qətlində iştirak edən Kolumbiyalı hərbçilərin bir hissəsi daha əvvəl ABŞ silahlı qüvvələri tərəfindən hazırlanıblar.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Müdafiə nazirliyi təsdiqləyib.

 

Pentaqonun rəsmi nümayəndəsi polkovnik Ken Hoffman deyib ki, bu, xarici hərbi təlimlərə dair məlumat bazalarının araşdırılması nəticəsində məlum olub:

 

"Mövcud istintaq çərçivəsində saxlanılan bir neçə Kolumbiya vətəndaşı ölkələrinin Silahlı Qüvvələrində həqiqi xidmətdə olarkən ABŞ-ın təlim proqramlarında iştirak ediblər".

 

Onun sözlərinə görə, ABŞ Müdafiə nazirliyi araşdırmaları davam etdirir.

 

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Cinayətlə əlaqədar 18 kolumbiyalı və iki Haiti məşəli amerikalı olmaqla 23 nəfər həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?