Modern.az

Yaponiya səfirliyi Şükürbəyli kəndində içməli su problemini həll etdi

Yaponiya səfirliyi Şükürbəyli kəndində içməli su problemini həll etdi

Aktual

16 İyul 2021, 12:07

“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu” tərəfindən  Füzuli rayonu Şükürbəyli kəndində içməli su təchizatının yaxşılaşdırılması üçün 1 artezian quyusu qazılıb, 1 transformator, 1 “tap-stand”, 5 su paylama nöqtəsi və 1 su çəni inşa edilib. Layihənin başa çatdırılması münasibətilə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Füzuli rayon icra Hakimiyyətində olub, Şükürbəyli kəndində görülmüş işlərə baxış keçirib.

Səfir Vada Cüniçi deyib: “Yaponiya hökumətinin həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində Şükürbəyli kəndində artezian quyusu qazılıb. Bu layihənin icrası nəticəsində, sözügedən kənd əhalisinin suvarma təyinatlı sudan içmək məcburiyyətinin aradan qalxdığı və gigiyenik şəraitin yaxşılaşması ilə bağlı xəbərləri eşitdim və bu məni çox şad etdi. Bundan sonra kənd əhalisindən həmin arteziandan ehtiyatla istifadə etməsini və bu artezianların əhaliyə uzun müddət xidmət etməsini arzulayıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?