Modern.az

Azərbaycan Almaniya və Belçikanın yayındadır - XİN

Azərbaycan Almaniya və Belçikanın yayındadır - XİN

Aktual

16 İyul 2021, 12:46

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.

 

Modern.az-ın xəbərinə görə bu barədə XİN-in "Twitter" hesabında bildirilib.

 

“Avropanın qərbində ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada sel qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə qeyd olunub.

 

O da bildirilib ki, Azərbaycan yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında həm Almaniya, həm də Belçikanın yayındadır.

Qeyd edək ki, Almaniyanın qərbində və Belçikada yağan güclü yağışlar nəticəsində meydana gələn sel 92 nəfərin ölümünə səbəb olub, yüzlərlə adam itkin düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi