Modern.az

“Reuters”in fotomüxbiri Əfqanıstanda həlak oldu

“Reuters”in fotomüxbiri Əfqanıstanda həlak oldu

Aktual

16 İyul 2021, 12:51

"Reuters" agentliyi ilə əməkdaşlıq edən hindistanlı fotomüxbir Daniş Siddiki Əfqanıstanın Qəndəhar əyalətində davam edən döyüşlər zamanı həlak olub.

 

Modern.az-ın məlumatına görə, müxbir son bir neçə gün ərzində bölgədə baş verən toqquşmaları işıqlandırıb.

 

D.Siddiki 2018-ci ildə Myanmadan qaçqın düşmüş Rohinca müsəlmanlarının həyatı ilə bağlı reportaja görə Pulitser mükafatına layiq görülmüşdü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı