Modern.az

Avropa İttifaqının prezidenti Azərbaycana gəlir

Avropa İttifaqının prezidenti Azərbaycana gəlir

Aktual

16 İyul 2021, 13:33

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib.

 

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir.

 

Şarl Mişelin iyulun 16-18-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, Ermənistan Prezidenti Armen Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşləri gözlənilir.
 

"İyulun 19-da Şarl Mişel Batumi beynəlxalq konfransında iştirak edəcək və Gürcüstan Prezidenti Salome Zurabaşvili, Baş nazir İrakli Qaribaşvili, Moldova Prezidenti Maya Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək”, - deyə Şarl Mişelin sözçüsü bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?