Modern.az

Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılanlara baş çəkilib

Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılanlara baş çəkilib

Aktual

16 İyul 2021, 18:52

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti Saxlanma Yeri və İstintaq Təcridxanasında başçəkmə keçirib.

 

Bu barədə Modern.az-a komitə sədri özü məlumat verib.

 

O bildirib ki, başçəkmə zamanı təcridxanada saxlanılan şəxslərin vəziyyəti ilə maraqlanıb:

 

"Başçəkmənin məqsədi saxlanma şəraiti, saxlanılan şəxslərlə rəftarın vəziyyəti, onların hüquqlarının təmin olunma səviyyəsi və vəziyyətin öyrənilməsi olub.

 

Başçəkmə zamanı saxlanılan şəxslərin qida təminatını araşdırdım, kameralara baxış keçirdim, saxlanılan şəxslərin hər biri ilə fərdi görüşdüm və problemləri barədə maraqlandım, onlara hüquq və vəzifələri barədə məlumat verdim. Saxlanılan şəxslər saxlanma şəraitindən, qidalanma və təminatdan şikayətçi olmadılar. Bildirdilər ki, saxlanma, qidalanma və digər təminatlarda problemləri yoxdur".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?