Modern.az

Goranboyda qadını maşın vurub öldürdü

Goranboyda qadını maşın vurub öldürdü

Aktual

16 İyul 2021, 22:49

Goranboyda vurulan piyadanın kimliyi məlum olub.

 

Belə ki, Dəlimməmdli şəhər sakini, 1996-cı il təvəllüdlü Quliyeva Vüsalə Əli qızı yolu keçmək istəyən zaman onu 99-DD-270 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili vurub.

 

Ağır xəsarətlər alan V.Quliyeva hadisə yerində dünyasını dəyişib.

 

***

Goranboyda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

 

Hərəkətdə olan "Mercedes" markalı minik maşını Dəliməmmədli şəhərində yolu keçmək istəyən qadını vurub. Piyada hadisə yerində vəfat edib, onun kimliyi dəqiqləşdirilir.

 

Fakt araşdırılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?