"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin sprint yarışlarının təsnifatının qalibi olub.
Modern.az xəbər verir ki, təsnifatı ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.
Sprint yarışlarının təsnifatı "Formula-1"də ilk dəfə keçirilir. Sprint yarışları şənbə günü saat 19:00-da başlayacaq. Sprint yarışlarının yekunları üzrə bazar günü saat 18:00-da keçiriləcək əsas yarışda pilotların yerləri müəyyənləşəcək.