Modern.az

Kürdəmirdə 20 sürücü cərimələndi - FOTO

Kürdəmirdə 20 sürücü cərimələndi - FOTO

Aktual

17 İyul 2021, 00:07

Daxili İşlər Nazirliyinin (DİN) tədbirlər planına uyğun olaraq Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində  təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

 

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

 

Keçirilən tədbirlər zamanı ixrac qazları normadan artıq olan 20 nəqliyyat vasitəsinin sürücüsü barədə inzibati qaydada tədbirlər görülüb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?