Modern.az

Prezident müşavirləri regional məsələləri müzakirə etdi

Prezident müşavirləri regional məsələləri müzakirə etdi

Aktual

17 İyul 2021, 00:49

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan və Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın arasında telefon danışığı olub. Söhbət zamanı iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində iki ölkə rəhbəri arasında keçirilmiş görüşün inkişaf etdirilməsi yolları müzakirə olunub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Emili Horn açıqlama verib.

 

Onun sözlərinə görə, C.Sallivan və İ.Kalın “Prezident Co Bayden və Prezident Rəcəb Tayyib Ərdoğan arasında 14 iyunda baş tutan görüşün inkişafına dair bir sıra regional məsələləri müzakirə ediblər”. Horn iki dövlət başçısının müşavirləri arasındakı söhbətə dair digər təfərrüatlardan söz açmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?