Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğız Respublikasına humanitar yardım göndərilib.
Modern.az xəbər verir ki, iyulun 16-da 40 min doza AstraZeneca peyvəndini daşıyan təyyarə Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanında eniş edib.
Yükü Azərbaycan tərəfdən - Azərbaycanın Qırğız Respubnlikasında Səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən - xarici işlər nazirinin müavini Əzizbek Madmarov, Səhiyyə və Sosial İnkişaf Nazirliyinin stats-katibi Japarkul Taşiyev və Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbara İşenapisova qəbul etdilər.