Modern.az

Ağstafa sakinində narkotik aşkarlandı

Ağstafa sakinində narkotik aşkarlandı

Aktual

17 İyul 2021, 11:10

Ağstafa sakinində narkotik aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Famil Bayramov şəhər ərazisində saxlanılaraq, şöbəyə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd kağız bükümdə narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı fərdi yaşayaış evindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?