Modern.az

Xaçmazda çətənə bitkisi becərən şəxs yaxalandı

Xaçmazda çətənə bitkisi becərən şəxs yaxalandı

Aktual

17 İyul 2021, 15:47

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Niyazoba kəndinin sakini Sarxan Ərzimanov saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı Niyazoba kəndindəki özünəməxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 74 ədəd yaş, 2 ədəd quru vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.

 

Bundan əlavə olaraq S.Ərzimanovun yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqramdan artıq olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

 

Faktla bağlı istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi