Prezident İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə "AstraZeneca" peyvəndi partiyası göndəriləcək. Belə ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) təyyarələri ilə Tacikistanda və Bosniya və Herseqovinaya həmin vaksinin 40 min dozası hər ölkəyə çatdırılacaq.
AZAL-dan Modern.az-a bildirilib ki, peyvəndin çatdırılması aviaşirkətin çarter reysləri ilə iyulun 19-da Bakıdan Sarayevo şəhərinə, iyulun 20-də Düşənbə şəhərinə həyata keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycan "AstraZeneca" peyvəndini Özbəkistana (50 min) və Qırğızıstana (40 min) ötürüb.