Modern.az

Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirildi

Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirildi

Aktual

17 İyul 2021, 17:44

Təhsil Nazirliyi övladlarının rus bölməsində təhsil almasını istəyən valideynlərə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.

 

Belə ki, 19 iyul 2021-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyinə görə, sözügedən I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün müəllim seçimini 26 iyul 2021-ci il tarixindən etmək mümkün olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?