Modern.az

Nabranda 15 yaşlı oğlan dənizdə batdı

Nabranda 15 yaşlı oğlan dənizdə batdı

Aktual

17 İyul 2021, 18:21

Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında dənizdə  ("Xaçmaz" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, qeyri-çimərlik ərazi) 1 nəfər batıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, dənizdə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğludur. Hal-hazırda axtarış tədbirləri həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?