Modern.az

Azərbaycanda bayram tətili başladı

Azərbaycanda bayram tətili başladı

Aktual

18 İyul 2021, 00:00

Bu gündən Qurban bayramı ilə əlaqədar dörd günlük tətil başlayır.

 

Modern.az xəbər verir ki, Qurban bayramı iyulun 20, 21-i qeyd olunacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirildiyindən, 18 (bazar), 19, 20, 21 iyul qeyri-iş günləridir.

 

Qeyd edək ki, bayram tətilində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi