Modern.az

Hacıqabulda piyadanı maşın vurub öldürdü

Hacıqabulda piyadanı maşın vurub öldürdü

Aktual

18 İyul 2021, 00:32

Hacıqabulda 79 yaşlı kişini avtomobil vuraraq öldürüb.


Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisində qeydə alınıb.


“Mercedes Vita” markalı avtomobil yolu keçən 1942-ci il təvəllüdlü Zaidov İsaxan Dostəli oğlunu vurub.


Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?