Modern.az

Tiflisdə və Borçalıda xüsusi əməliyyat: 28 nəfər saxlanıldı

Tiflisdə və Borçalıda xüsusi əməliyyat: 28 nəfər saxlanıldı

Aktual

18 İyul 2021, 12:46

Axşam saatlarında Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində polis xüsusi əməliyat keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili işlər nazirliyi məlumat yayıb. Məlumata əsasən, Mərkəzi Cinayət Polisi İdarəsi və Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşları Baş Prokurorluqla birlikdə iki ay davam edən kompleks əməliyyat və istintaq hərəkətləri nəticəsində Poniçala qəsəbəsi və Tbilisinin müxtəlif bölgələrində 28 narkotik satıcısını saxlayıblar.

 

Saxlanılan şəxslərin sistematik şəkildə qanunsuz olaraq narkotik satdıqları məlum olub. Təqsirləndirilən şəxsləri 8 ildən 20 ilə və ya ömürlük həbs cəzası gözləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?