Modern.az

Ombudsman Aparatının əməkdaşları uşaq sığınacağına baş çəkdi

Ombudsman Aparatının əməkdaşları uşaq sığınacağına baş çəkdi

Aktual

18 İyul 2021, 14:40

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Qurban bayramı ərəfəsində Ombudsman Aparatının əməkdaşları Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzinə baş çəkiblər.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, sığınacaqda yaşayan uşaqlarla görüş keçirilib, Qurban bayramı münasibətilə Ombudsmanın təbrikləri çatdırılıb, onlara sovqat təqdim olunub.

 

Uşaqlarla görüş zamanı onların ehtiyacları, müəssisədəki saxlanma şəraiti və rəftarlarla bağlı fikirləri öyrənilib, onlara hüquqları, Ombudsmanın səlahiyyətləri izah edilib.

 

Daha sonra müəssisənin obyektləri ilə tanış olaraq, mövcud ehtiyaclar öyrənilib, işin təkmilləşdirilməsi istiqamətində müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?