Modern.az

Sabirabadda 6 yaşlı oğlanın meyiti kanaldan çıxarıldı

Sabirabadda 6 yaşlı oğlanın meyiti kanaldan çıxarıldı

Aktual

18 İyul 2021, 17:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 18.07.2021-ci il tarixində günorta saatlarında Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında batan azyaşlının axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Modern.az FHN-nin saytına istinadən bildirir ki, məlumat qəbul edildikdən dərhal sonra nazirliyiin müvafiq qüvvələri axtarışlara cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, kanalda batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğludur. Ə.Miriyevin meyiti Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin və yerli sakinlərin birgə səyi nəticəsində tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı