Modern.az

Türkiyədə vaksinasiya 63 milyon dozanı ötdü

Türkiyədə vaksinasiya 63 milyon dozanı ötdü

Aktual

18 İyul 2021, 22:47

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmənin sürətləndirilməsi tədbirləri virusun yayım dinamikasına əks təsir göstərib.

 

Modern.az xəbər verir ki, iyulun 18-də Türkiyə vaxtı ilə saat 19:45-ə (Bakı vaxtı ilə saat 20:45) qədər ölkə üzrə COVID-19 infeksiyasına qarşı tətbiq olunan peyvəndin sayı 63 milyon 310 min 307 dozaya çatıb. Bu həftə içərisində ümumilikdə 5 milyon 557 min 815 doza peyvənd vurulub.

 

İkinci doza peyvənd sayının 20 milyon 735 min 416 çatması infeksiyaya qarşı vaksinlə kütləvi mübarizədə böyük ümidlər yaradıb.

 

Qeyd edək ki, Türkiyədə artıq 3-cü doza peyvəndləmə də tətbiq olunur.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?