Modern.az

Bərdədə toyda kütləvi zəhərlənmə

Bərdədə toyda kütləvi zəhərlənmə

Aktual

18 İyul 2021, 23:36

Bərdədə kütləvi zəhərlənmə qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə toy məclislərinin birində baş verib.

 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından əldə olunan məlumata görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri - 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri - 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu