Modern.az

Şəmkirdə kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Şəmkirdə kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Aktual

19 İyul 2021, 20:35

Şəmkir rayonu, Mahmudlu kəndində su kanalında batan 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, K.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

19:00

Şəmkir rayonu, Mahmudlu kəndində bir nəfər su kanalında batıb.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun su kanalında batıb.

 

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?