Modern.az

Köçəryan deputat mandatından imtina etdi

Köçəryan deputat mandatından imtina etdi

Aktual

19 İyul 2021, 22:13

Bloku parlament seçkilərində ikinci olan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deputat mandatından imtina edib.

 

Modern.az xəbər verir ki, o, bu barədə Feysbuk hesabında yazıb. Köçərryan bildirib ki, mandatını komandasından olan birinə güzəştə gedəcək.

 

“Bu gün “Ermənistan” alyansının rəsmi nümayəndəsi Aram vardevanyan mandatdan imtina etməyimlə bağlı ərizəmi Mərkəzi Seçki Komissiyasına təqdim etdi. İndi yerimi komanda üzvlərindən birinə verməyim doğru olardı” - eks-prezident yazıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!