Modern.az

Şəkidə maşın dərəyə aşdı, ana və qızı yaralandı

Şəkidə maşın dərəyə aşdı, ana və qızı yaralandı

Aktual

19 İyul 2021, 23:06

Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, minik avtomobilinin dərəyə aşması nəticəsində avtomobildə olan iki nəfər - Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Hazırda Oğuz RMX-da yaralılara tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı