Modern.az

Bosniya və Herseqovina Azərbaycana təşəkkür etdi

Bosniya və Herseqovina Azərbaycana təşəkkür etdi

Aktual

20 İyul 2021, 00:32

Bosniya və Herseqovina bu gün Azərbaycan tərəfindən bu ölkəyə çatdırılan 40 min doza “AstraZeneca” peyvəndinə görə ölkəmizə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, Sarayevo Beynəlxalq Hava Limanında humanitar yardımın təhvil verilməsi mərasimində Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin katibi, bu ölkənin Azərbaycandakı sabiq səfiri Bakir Sadoviç və nazirliyin digər rəsmiləri iştirak ediblər.

 

B.Sadoviç humanitar yardıma görə ölkəsi adından dost Azərbaycana minnətdarlıq edib, bu addımın ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, eləcə də müxtəlif sahələri əhatə edən əlaqələrin yüksələn xətlə inkişaf etməsinin təzahürü olduğunu bildirib.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq, iyulun 19-da Bosniya və Herseqovinaya koronavirusa qarşı 40 min doza peyvənd çatdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı