Modern.az

Gədəbəydə toy qaydalarını pozanlar cərimələndi

Gədəbəydə toy qaydalarını pozanlar cərimələndi

Aktual

20 İyul 2021, 01:03

Gədəbəydə toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qoşabulaq kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

 

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini Firuz Məmmədov 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və  mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı