Modern.az

Tərtərdə 4 toyun keçirilməsinin qarşısı alındı

Tərtərdə 4 toyun keçirilməsinin qarşısı alındı

Aktual

20 İyul 2021, 10:46

Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində qayda pozuntusunun baş verdiyi 4 toy məclisi aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, yoxlamalar zamanı restoranlar və istirahət mərkəzlərində, eləcə də fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayı qərarla müəyyən edilmiş saydan artıq olduğu müəyyən edilib.

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?