Modern.az

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən narahatdır

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən narahatdır

Aktual

20 İyul 2021, 12:21

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son hadisələrdən dərin narahatlığını ifadə edib.

 

Modern.az xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar şəxsi tviter hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir: "Ermənistan-Azərbaycan dövlət sərhədində dərin narahatlıq doğuran hadisələr davam edir. Yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırıdır".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?