Modern.az

Naftalanda şəhid və qazi övladları üçün tədbir təşkil olunub

Naftalanda şəhid və qazi övladları üçün tədbir təşkil olunub

Aktual

20 İyul 2021, 17:03

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gold Naftalan” Sanatoriya Kompleksinin dəstəyi ilə açıq havada  şəhid və qazi övladlarına Müqəddəs Qurban Bayramı münasibəti ilə  tədbir təşkil olunub. Tədbirdə uşaqlar üçün xüsusi əyləncəli proqramlar hazırlanmışdır.  

 

Tədbirdə çıxış edən qazilər və şəhid ailələri 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıblar.

Tədbirin sonunda uşaqlara  hədiyyələr təqdim olunub, tədbir (COVİD-19) pandemiya qaydalarına uyğun keçirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi