Modern.az

Göyçayda 17 yaşlı oğlan kanalda batdı

Göyçayda 17 yaşlı oğlan kanalda batdı

Aktual

20 İyul 2021, 20:28

Göyçay rayonunun Ləkçıplaq kəndində Yuxarı Şirvan kanalında batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. 

 

Məlumata görə, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 

***

 

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb.

 

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ləkçıplaq kəndi ərazisində qeydə alınıb.

 

Yalman kənd sakini, 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.

 

Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda meyitin tapılması üçün suda axtarış işləri aparılır.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?