Modern.az

Əmisi oğlunu xilas etmək istədi, özü boğuldu

Əmisi oğlunu xilas etmək istədi, özü boğuldu

Aktual

20 İyul 2021, 22:40

Biləsuvarda 15 yaşlı yeniyetmə çayda boğulub.

 

Modern.az xəbər verir ki, bədbəxt hadisə Biləsuvar şəhəri ərazisində, Bolqarçayda qeydə alınıb.

 

Şəhər sakini, 2006-cı il təvəllüdlü Fərid Seymur oğlu Məmmədov çayda çimərkən ondan yaşda kiçik olan əmisioğlunu boğulmaqdan xilas etsə də, özü boğulub.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi