Modern.az

Hacıqabulda piyadanı maşın vurub öldürdü

Hacıqabulda piyadanı maşın vurub öldürdü

Aktual

20 İyul 2021, 22:53

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keşən hissədə qeydə alınıb.

 

"VAZ 2107" markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1963-cü il təvəllüdlü İsifova Sevda Ramazan qızını vurub. Ağır xəsarətlər alan piyada Şirvan xəstəxanasına çatdırılıb və aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır (apa).

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi