Modern.az

Sabirabadda maşın kanala aşıb, 1 nəfər ölüb

Sabirabadda maşın kanala aşıb, 1 nəfər ölüb

Aktual

11 Avqust 2021, 15:59

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan 1981-ci il təvəllüdlü Mirzəyev Elman Nizam oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi