“İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib”.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən İ.Vahabzadənin Rusiya ilə bağlı çıxışı haqda suala cavab olaraq bildirilib.
“Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”, - deyə qeyd olunub.
Qeyd edək ki, keçmiş səfiri İ.Vahabzadənin "youtube" hesabında Rusiya ilə bağlı səsləndirdiyi fikirlər müzakirəyə səbəb olub.