Modern.az

Gələn il Azərbaycanda VAR tətbiq oluna bilər

Gələn il Azərbaycanda VAR tətbiq oluna bilər

Aktual

11 Avqust 2021, 17:26

Pandemiya ilə əlaqədar hər hansı ləngimə baş verməzsə, 2022-ci ilin fevralından Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər.

 

Modern.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov hakimlərlə görüşü zamanı deyib.

 

O qeyd edib ki, artıq tender məsələləri öz həllini tapıb:

 

"VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq”.

 

E.Məmmədov bildirib ki, yerli çempionatda bu sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: "Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər".

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...