Modern.az

Koronavirusa qarşı üç yeni preparatın sınaqlarına BAŞLANDI  

 Koronavirusa qarşı üç yeni preparatın sınaqlarına BAŞLANDI   

Aktual

11 Avqust 2021, 18:44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı üç yeni preparatın sınaqlarına başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ÜST bəyanat yayıb.

 

Qeyd olunub ki, hazırda xəstəxanalarda müalicə olunan xəstələr üzərində artesunat, imatinib və infliksimab preparatları sınaqdan keçirilir.

 

ÜST-ün məlumatına əsasən, sınaqlarda 52 ölkədən minə yaxın könüllü iştirak edir. Həmin preparatlar istehsalçılar tərəfindən təqdim olunub. Bu dərmanlardan artesunat adətən malyariyanın ağır formalarında, imatinib xərçəngin bəzi növlərində, infliksimab revmatoid artrit zamanı istifadə edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir