Modern.az

“14 gündə Azərbaycanın hər cür dəstəyini gördük” - Səfir

“14 gündə Azərbaycanın hər cür dəstəyini gördük” - Səfir

Aktual

11 Avqust 2021, 21:39

“14 gün ərzində Azərbaycanın hər cür dəstəyini gördük. İlk növbədə Prezident İlham Əliyevə dəstəyinə görə təşəkkürümüzü bildiririk”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

 

Səfir bildirib ki, Türkiyədə yanğın başlayanda ilk dəqiqələrdən Azərbaycan öz dəstəyini göstərdi, yardımlarını göndərdi. Azərbaycanlı yanğın söndürənlər əllərindən gələnləri edirlər:

 

“Bu gün Türkiyə bayrağı da dəstək məqsədilər Heydər Əliyev Mərkəzində dalğalandırılmaqdadır. Bu da öz növbəsində Azərbaycanın növbəti dəstəyidir. Bu dəstəyə görə bütün qardaşlarımıza təşəkkür edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir