Modern.az

Ombudsman Ermənistana ÇAĞIRIŞ ETDİ

Ombudsman Ermənistana ÇAĞIRIŞ ETDİ

Aktual

11 Avqust 2021, 21:41

Ombudsman Aparatı Ermənistanı sülh quruculuğu prosesinə xələl gətirən əməllərdən çəkinməyə çağırıb.

 

Modern.az-ın məlumatına görə, bildirilib ki, uzun illərdən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarımız azad olunub:

 

“2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni kommunikasiya xətlərinin inşasının nəzərdə tutulmasına və bununla əlaqədar Zəngəzur dəhlizinin açılması zərurətinin yaranmasına baxmayaraq, Ermənistan  tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Bu isə regionda sülhün təmin olunmasına təhlükədir.

 

Ermənistanı sülh quruculuğu prosesinə xələl gətirən bu cür əməllərdən çəkinməyə, dövlətlərarası qonşuluq münasibətlərinin konstruktiv şəkildə qurulmasına xidmət edən tolerant mövqe nümayiş etdirməyə, insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlərə son qoymağa çağırırıq”.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir