Modern.az

Xüsusi təyinatlıların Ankaradakı təlimi başa çatdı - FOTO

Xüsusi təyinatlıların Ankaradakı təlimi başa çatdı - FOTO

Aktual

11 Avqust 2021, 22:11

Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığında keçirilən “Qafqaz Qartalı – 2021” təlimləri başa çatıb. Avqustun 2-də start götürmüş təlimlərə Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin hərbçiləri qatılıblar. Təlimlərdə Azərbaycan xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçuları da iştirak ediblər.

 

Modern.az xəbər verir ki, təlimlərdə məqsəd Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələri arasında dostluq, əməkdaşlıq və qardaşlıq əlaqələrini inkişaf etdirməkdir.

 

Avqustun 11-də keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Eldəniz Namazov, Rafael Gözəlov, Anar Qasımov və Azərbaycanın Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir