"Qulliver liliputların diskotekasına gəldi... Qulliver orada əylənirdi və liliputlar həzz alırdı. İsfəndiyar Vahabzadənin çıxışı da belə idi".
Modern.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov keçmiş səfir İsfəndiyar Vahabzadənin Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski barəsində çıxışına münasibət bildirərkən deyib.
"İki etnik yəhudi - Jirinovski və Kisilevə görə rus xalqını təhqir etmək nəyə lazımdır? Nə üçün? Bəlkə kimsə sifariş verib?", - deyə sabiq XİN rəhbəri İ.Vahabzadəni qınayıb.
Qeyd edək ki, İsfəndiyar Vahabzadə "Youtube" hesabında Rusiya ilə bağlı sərt fikirlər səsləndirib. Onun çıxışı müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
“İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib. Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”, - deyə XİN-dən bildirilib.