Modern.az

Ərdoğan meşə yanğınlarında terror izini İSTİSNA ETMİR

Ərdoğan meşə yanğınlarında terror izini İSTİSNA ETMİR

Aktual

11 Avqust 2021, 23:29

“Meşə yanğınları başlayandan bu günə qədər bütün ehtimallarla bağlı araşdırmalar davam edir”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”-yə müsahibəsində deyib.

 

Prezident araşdırmalar nəticəsində saxlanılanların və həbs edilənlərin olduğunu bildirib.

 

Ərdoğan bu istiqamətdə Milli Kəşfiyyat Təşkilatı və Daxili İşlər Nazirliyinin Kəşfiyyat İdarəsindən verilən məlumatların mövcudluğundan danışıb.

 

“Saxlananlar da var, həbs edilənlər də. Kəşfiyyat məlumatlarımız var. Onların arasında ailələri terror təşkilatına bağlı olan insanlar var”, - deyə o qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı