Modern.az

Səfir və diaspor nümayəndələri “Neftçi”yə dəstək olacaq

Səfir və diaspor nümayəndələri “Neftçi”yə dəstək olacaq

Aktual

11 Avqust 2021, 23:49

“Neftçi”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində Helsinkidə HİK-lə keçirəcəyi oyunu Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov da izləyəcək.

 

Modern.az Oxu.az-a istinadla xəbər verir ki, Zaur Əhmədov bu gün “Neftçi”nin Helsinkidə məskunlaşdığı hotelə baş çəkib.

 

O, oyunu izləmək üçün matçın keçiriləcəyi “Bolt Arena”ya gələcəyini bildirib.

 

Həmçinin, əldə etdiyimiz məlumata görə, sabahkı oyuna yerli publika maraq göstərməsə belə, azərbaycanlı azarkeşlər tribunada olacaq. Belə ki, Diasporla iş üzrə Dövlət Komitəsi tərəfındən Finlandiyada yaşayan azərbaycanlılar üçün bilet alınıb. Təxminən 50-yə yaxın azərbaycanlı azarkeşin matçı izləyəcəyi gözlənilir.

 

Qeyd edək ki, HİK - “Neftçi” matçı sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı