Futbol üzrə UEFA Super kubokun qalibi müəyyənləşib.
Modern.az xəbər verir ki, "Uindzor Park" stadionunda keçirilən görüşdə İngiltərənin "Çelsi" klubu İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gəlib.
Görüşün əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb.
Əlavə hissədə də qalib məlum olmayıb. Komandalar 11 metrlik cərimə zərbələrini yerinə yetiriblər. Penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələn "Çelsi" UEFA Super kubokunun qalibi olub. Londonlular tarixində ikinci dəfə bu titula yiyələniblər.