Modern.az

Sabirabadda su kanalında meyit aşkarlandı

Sabirabadda su kanalında meyit aşkarlandı

Aktual

12 Avqust 2021, 11:17

Baş Prokurorluq Sabirabadda kanala düşən avtomobildə meyitin tapılması ilə bağlı araşdırma aparır.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqusun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyitinin aşkar edilməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı