Modern.az

Füzulidə dezinfeksiya işləri gücləndirilib

Füzulidə dezinfeksiya işləri gücləndirilib

Aktual

12 Avqust 2021, 11:00

Füzulidə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri gücləndirilib.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Böyük Bəhmənli, Şükürbəyli kəndləri və Zobucuq (1, 2, 3, 4, 5) qəsəbələri kommunal təyinatlı texnikalar vasitəsilə məhlulla yuyularaq dərmanlanıb.

Görülən işlərlə yanaşı, rayon ərazisində idarə-müəssisə binaları, eyni zamanda, sakinlərin sıx toplaşdığı ərazilər, yaşayış binaları təkrar olaraq xüsusi məhlulla dərmanlanıb. Bu kimi tədbirlər mütəmadi davam etdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!