Modern.az

Dünya şöhrətli həkimlər qazilərimizi müayinə edir - FOTO

Dünya şöhrətli həkimlər qazilərimizi müayinə edir - FOTO

Aktual

12 Avqust 2021, 13:47

Azərbaycan diasporunun tanınmış üzvləri-Aşina qardaşları Bakıda qazilərimizin müayinəsini həyata keçirir.

 

Diaspora Komitəsindən Modern.az-a verilən məlumata görə, Dünya miqyasında tanınan azərbaycanlı həkim-alim, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri, İnsan Miqren Araşdırma Birliyini  direktoru Məsud Aşina,  qardaşı, Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin müdiri Səid Aşina Azərbaycana səfərləri çərçivəsində  qazilərimizin müayinəsini aparırlar.

 

Müayinə gün ərzində davam edəcək.  Müayinə prosesində  professor Məsud Aşinanın oğlu Hakan Aşina da iştirak edir.

 

Xatırladaq ki, bu yaxınlarda dünyanın ən məhsuldar həkimi adına layiq görülən, Azərbaycan diasporunun tanınmış nümayəndəsi, Avropa həkimləri arasında böyük nüfuza sahib olan Məsud Aşina Azərbaycan Prezidentinin sərəncamı ilə  “YAŞAT” Fondunun Himayəçilər  Şurasının tərkibinə daxil edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir